Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Nardaranda "Biz Zəhra (s.ə) nökəriyik" adlı tədbir keçrildi

Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində Xanım Fatimeyi-Zəhra (s.ə)-nın şəhadəti münasibəti ilə xanımların iştirakı ilə "Biz Zəhra (s.ə) nökəriyik" adlı şəbih səhnəsi quruldu.

Nardaran qəsəbəsində yerləşən, İmam Museyi - Kazim (ə)-ın əziz qızı Xanım Rəhimə (s.ə) Hüseyniyyəsində xanım Fatimeyi-Zəhra (s.ə)-nın şəhadəti münasibəti ilə xanımların iştirakı ilə "Biz Zəhra (s.ə) nökəriyik" adlı tədbir keçrildi.

Bu məclisdə Nardaran qəsəbəsinin iffətli, ismətli hicablı xanımları böyük şövq ilə iştirak edərək mərasimi daha da zinətləndirdilər.

İmam Sahibi əz Zaman (ə.f) ağanın müqəddəs "Fərəc" duası ilə başlayan məclis Hacıxanımların gözəl çıxışları ilə davam etdi.

Hacı Xanımlar ilk olaraq İslam dünyasının qəmli matəm günlərindən olan "Əyyami-Fatimə (s.ə)" günləri ilə əlaqədar başda İmam Zaman ağa olmaqla bütün dünya müsəlmanlarına və eyni zamanda məclisdə iştirak edən xanımlara dərin hüzünlə başsağlığı verdilər.

Xanımların çıxışlarında Xanım Fatimeyi Zəhranın (ə) həyatından, Xanımın xütbəsinin əzəmətindən, Xanımın cəmiyyətdə rolu, prinsipləri və insanlığa ünvanlanan mühüm amillərindən söhbət açıldı.

Əzadqarlıq mərasimində "Biz Zəhra (s.ə) nökəriyik" adlı şəbih səhnəsi quruldu.

Xanımlar xanım Fatimeyi-Zəhra (s.ə)-nın keşməkeşli həyatını, qəmli-kədərli ömrünü, həyatının son günlərini və şəhadət çağında baş verənləri səhnələşdirərək məclisdə cəm olanlara böyük hüznü mənəvi anlar yaşatdılar./nardaranpiri.com/
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı