Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

İraq ordusu Tikritin ətrafındakı neft quyularını İŞİD-dən geri alıb

İraq ordusu Səlahəddin əyalətindəki əl-Uceyl neft quyusunu "İslam Dövləti" (İŞİD) terror təşkilatından geri alıb.

Bu barədə "Sumaria" agentliyi xəbər verir.

Məlumata əsasən, İŞİD üzvləri Tikritin şərqində bir sıra neft obyektlərində yanğın törədiblər.

Hazırda Tikritin ətrafındakı əd-Dour və əl-Ələm döyüşlərin getdiyi əsas bölgələrdir.

Yeri gəlmişkən, İŞİD əl-Ənbar əyalətində yerləşən əl-Bağdadi rayonunda yenidən hücuma keçib.

"Al Jazeera" televiziya kanalı Qruplaşmanın burada ordunun və könüllü briqadaların 30 əsgərini əsir götürdüyünü iddia edir.

"Sumaria" agentliyi isə burada 8 İŞİD üzvünün məhv edildiyini xəbər verir./SalamNews/
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31
İ