Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Bakıda Əhli-Beyt (ə) hüseyniyyəsində əzadarlıq tədbiri - Fotolar

Həzrət Fatimeyi-Zəhra (s)-nın şəhadəti gecəsində möminlər Bakıda Əhli-Beyt (ə) hüseyniyyəsində matəm saxlayıblar.

Axşam namazlarından sonra Əhli-Beyti (ə) vurğunlarının iştirakı ilə keçirilən bu mərasimdə şiələr və Həzrət Zəhra(s)-nın vurğunları o böyük qadının məzlumluq matəmində göz yaşları axıdıblar və şiələrin birinci imamı və o qadının övladları ilə səs-səsə verərək, nalə çəkiblər.

Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini höccətulislam və lmuslimin Ərdəbili də bu mərasimdə Həzrət Zəhra (s)-nın nurlu şəxsiyyətinin vəsfində və Peyğəmbər (s.ə.s)-in Əhli-Beyti(ə)-ın başına gəlmiş müsibətlər barədə danışıb.

Əhli-beyt məddahı, rövzəxanı Seyid Peyman Boradigahı mərasimdə iştirak edərək Həzrət Zəhra (s)-nın qəmli həyatından bəhs edən gözəl rövzələr, mərsiyələr oxumuşdur./nardaranpiri.com/
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber