Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

105 saylı avtobus çuxura düşdü - Foto

Balaxanı qəsəbəsində sərnişin avtobusu çuxura düşüb.

Bu gün səhər saatlarında 105 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Balaxanı qəsəbəsi Cahangir Cahangirov adına məktəbin qarşısında qazılmış çuxura düşüb.

Hadisə Sabunçu Rayon İcra Hakimiyyətinin Balaxani qəsəbəsi üzrə nümayəndəliyinin yerləşdiyi binanın qarşısında baş verib.

Sərnişinlə dolu olan marşrut ərazidən keçən su xətlərinin təmiri zamanı qazılmış quyuya düşüb. Sol arxa təkərləri tamamilə çuxura düşən marşrut aşma təhlükəsi ilə üzləşib. Çuxur dərin və içi su ilə dolu olduğundan sürücü avtobusu oradan çıxara bilməyib. Yolun ortasında qalan marşrutda sərnişinlər olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.   

Qeyd edək ki, bir neçə gün öncə mərkəzi su xəttinin partlaması nəticəsində sözügedən əraziləri, həmçinin yaxınlıqda olan 22 saylı poliklinikanı su basmışdı. Problemin aradan qaldırılması üçün ərazidən keçən əsas yol təmir məqsədilə iki gün bağlı qaldı. Sakinlərin sözlərinə görə, partlamış su xəttini təmir etsələr də, qazılmış çuxur lazımi formada örtülmədiyi, asfaltlanmadığı və yol uyğun şəkildə təmir edilmədiyindən yolun ortasında çuxurlar əmələ gəlib. Bunun nəticəsində də sözügedən yolda tez-tez təhlükəli vəziyyət yaranır./axar/

871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...