Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Ata və iki oğlu yol polislərini döydü - Bakıda

Bakıda yol polisi ilə sürücü mübahisəsi insidentlə nəticələnib. Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi Mercedes markalı 99 GV 350 nömrəli avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücü və maşındakı ailə üzvləri olan sərnişinlərlə polis əməkdaşları arasında mübahisə düşüb. Sonradan isə mübahisələr əlbəyaxa davaya çevrilib. Həmin zaman sürücü İlqar Əliyev, atası İsmayıl Əliyev, qardaşı Fərid və Elşad Qasımov polis serjantı Rüfət Əlizadəni, polis baş serjantları Faiq Əhmədovu və Cavanşir Qasımovu döyərək xəsarət yetiriblər./qafqazinfo/
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber