Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

90 rayon İŞİD-çilərdən təmizləndi

Döyüşlər zamanı İŞİD üzvlərinə qarşı iriçaplı silahlardan istifadə olunub

İraq ordusu Səlahəddin vilayətində İŞİD qruplaşmasına qarşı təzyiqləri artırıb.

Ən son döyüşlərdə ordu qüvvələri 90 rayonu silahlılardan təmizləməyə nail olub. Döyüşlər zamanı İŞİD üzvlərinə qarşı iriçaplı silahlardan istifadə olunub.

Ordu qüvvələri, eyni zamanda, vacib strateji əhəmiyyətə malik olan Tikrit şəhərini 3 tərəfdən mühasirəyə alıb. Əməliyyatlara İraq hərbi hava qüvvələri də dəstək verib. Qırıcılar silahlıların mövqelərini bombalayıblar. Əməliyyatçılar, 100 girovu xilas etməyə nail olublar.

Tikrit şəhəri ötən ilin iyun ayında İŞİD silahlıları tərəfindən zəbt olunmuşdu.

İŞİD-ə qarşı əməliyyatlar martın 2-sində başlayıb. Ümumilikdə, döyüşlərə 30 mindən çox əsgər cəlb olunub. Məlumata görə, əməliyyata İran rəhbərlik edir.
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
Go to TOP