Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

İŞİD-in Tikritdə naləsi göyə ucalıb: Hanı bizim havadarlarımız?!

Nur-az.com-un irinn.ir-a istinadən:
Tikritdə İraqın hərbi qoşunları və könüllülərdən ibarət qüvvələri tərəfindən şiddətli zərbələrə məruz qalan İŞİD-in “ey müsəlmanlar, bizim dadımıza yetin” – ah-nalələri ucalmağa başlasa da, hələ ki, onların havadarları içərisindən köməyə tələsənlərdən əsər-əlamət görünmür. Terrorist ünsürlərin komandirlərindən olan Nasir əl-Xilafə məruz qaldıqları ağır vəziyyətlə əlaqədar internet səhifəsində yardım çağırışı ilə öz havadarlarına belə müraciət edib: “Ey müsəlmanlar, bizim dadımıza yetin!... İran Tikritdə istədiyi işi rahatca görür, hal-hazırda ağır silahların şiddətli zərbələrinə məruz qalmışıq, niyə səsiniz çıxmır, hanı bizim havadarlarımız, niyə Tikriti bir loğma kimi İraqın qüvvələrinə tapşırmısınız?!...”

Ötən cümə günündən etibarən, Səlahəddin vilayətində başlanan geniş miqyaslı Tikrit əməliyyatından sonra artıq İraqın birləşmiş hərbi qoşunları cəbhə bölgəsində böyük müvəffəqiyyətlər qazanıb, Samirra ətrafı və Tikrit istiqaməti boyunca məntəqədə böyük irəliləyişlər müşahidə olunur.
2520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP