Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

“Putinə etiraz etmək çətindir, çünki…”

“Putinə etiraz etmək çətindir, çünki…” – prezidentin mətbuat katibi
2008-ci ildən prezident administrasiyasında çalışan Dmitriy Peskov Rusiya prezidenti barədə təəssüratlarını bölüşüb

Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov "The New Times" qəzetinə müsahibəsində Vladimir Putinin insani keyfiyyətlərindən danışıb

İnterAz-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2008-ci ildən prezident administrasiyasında çalışan Dmitriy Peskov etiraf edib ki, prezident heç də həmişə onun işindən razı olmur: “Olur ki, belə məqamlarda o məni tənqid edir. O tənqid edəndə də bunu çox sərt edir”.

O qeyd edib ki, administrasiyada öz dediyinin üstündə durmaq olar – amma qərar qəbul olunmazdan qabaq: “Bu və ya digərqərarın hazırlıq prosesi dövründə düşündüyünü deməyə azadsan: bu bizdə normal bir təcrübədir”.

Mətbuat katibi prezidentin Dumaya təqdim etdiyi istintaq orqanlarına vergi cinayətlərinə dair iş qaldırmaq hüququnu qaytaran qanun layihısini xatırlatdı. “O zaman buna qarşı çıxanlar oldu – ilk öncə, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, sonra isə hökumət başçısı Dmitriy Medvedevin özü. Vladimir Putin də buna kəskin reaksiya verdi”.

“Məsələ burasındadır ki, qərarın hazırlanması zaman mübahisə etmək, öz fikrini bildirmək, alternativ fikir təklif etmək olar. Ancaq qərar qəbul olunduqda məmurlar ona qarşı artıq çıxış etməməlidirlər. Bu düzgün deyil, bizdə belə qəbul olunmayıb”, - deyə o əlavə edib.

Bununla yanaşı o qeyd edib ki, prezident hər zaman opponentinin fikrini eşitməyə hazırdır. “Onunla çalışanların hamısı öz nəzər nöqtəsini ifadə edə bilərlər, prezident həmişə qulaq asır və deyir: “Mənə izah et. Buyur, mən hazıram”. Lakin ona etiraz etmək çətindir, çünki o hər zaman öz arqumentlərində çox güclüdür və nəticədə belə alınır ki, onun mövzuya dair səndən çox bildiyi var”. Peskov belə deyib.

Peskovun fikrincə, Rusiyada hakimiyyət daha açıq olub. “Düzünü desəm, mən müasir mətbuat katibinin etməli olduğunu eləmirəm. Mənim Fransa, İngiltərə, ABŞ-dakı hımkarlarım jurnalistlər üçün gündə iki dəfə brifinqlər keçirir. Bizdə belə bir təcrübə yoxdur, bizdə bir qədər başqa sistemdir”. Peskov belə hesab edir.

“Ancaq biz bir çox addım atdıq ki, hakimiyyət daha açıq olsun. Biz mətbuatın bütün suallarını cavablandırmağa çalışırıq. Əgər hakimiyyət cavab verməsə, bunu başqa birisi edəcək. Bunu başqa birisi etsə, deməli, onun mövqeyi hakimiyyətin mövqeyindən fərqli olacaq”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
1834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11