Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Gəncəlilərin ən böyük problemlərindən biri də işsizlikdi

Manatın dəyərdən düşməsi bölgələrə daha çox təsir göstərib

Manatın devalvasiyasının təsiri ilk gündən özünü bölgələrdə daha çox biruzə verdi. Həmişə olduğu kimi, bu vəziyyətdən işbazlar daha çox yararlanaraq, sözün əsil mənasında, xalqın cibinə girdilər.

AİP-in Gəncə şəhər komitəsinin sədri Fizuli Ələkbərovun İslaminsesi.org-a verdiyi məlumata görə, fevralın 27-də, manatın qəfil 34 faiz ucuzlaşması Gəncə əhalisi üçün gözlənilməz olub və qiymətlər, xüsusən çörəyin qiyməti dərhal qalxıb. Sonradan bəzi qabaqlayıcı tədbirlərlə qiymətlər qismən tənzimlənsə də sakinlər bunu keçici hal kimi qiymətləndirir və narahat olurlar.

O, bildirib ki, şəhərdəki əksər mağazalar bir qəfil dəyişiklikdən sonra bir necə gün işləməyib və ticarət tempi əvvəlki vaxtlara nisbətən xeyli zəifləyib:

"Əhali maaşların qalxmasını tələb edir. Çünki banklar kredit borclarının yeni məzənnə ilə qaytarılacağını deyirlər.Halbuki konstitusiyanın 426.2 bəndinə əsasən bu tələb qanunsuzdur. Buna görə də valyuta kursunin bu gün hansı məzənnədə olmasından asılı olmayaraq kredit borcu əvvəlki qaydada ödənilməlidir.Bu xaotik vəziyyətin səbəblərindən biri də budur ki, Mərkəzi bankdan yerli şöbələrə borcların ödənilməsi ilə bağlı təlimat göndərilməyib."

Fizuli Ələkbərov əlavə edib ki, Gəncə əhalisi üçün ən aktual problemlərdən biri də işsizlikdir. Manatın dollara nisbətən ucuzlaşması isə sosial vəziyyəti ağır olan imkansız ailələrə daha böyük problemlər yaradıb.
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı