Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Cənub bölgəsində hər an "partlayış" baş verə bilər

Lənkəranda keçirilən etiraz aksiyası polis zorakılığı və həbslərlə müşayət olunub

21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsini Azərbaycan xalqının həyat səviyyəsinə və insanların maddi təminatına ciddi zərbə oldu. qiymətləndirir.

Milli Bankın Sədri Elman Rüstəmovun bir gün əvvəl KİV vasitəsilə manatın yumşaq devalvasiya ediləcəyi ilə bağlı verdiyi bəyanatın ertəsi günü rəhbərlik etdiyi qurum tərəfindən verilmiş bu qərar kəskin inflyasiyaya səbəb olmaqla yanaşı, ölkədə, xüsusilə bölgələrdə etirazlara səbəb oldu.

Bir çox regionlarda , o cümlədən, Lənkəranda bu qərəra etiraz əlaməti olaraq aksiyalar keçirib. Lakin şəhər sakinlərinin bu etirazı polislər tərəfindən zərakılıqla yatırılıb, saxlanılanlar olub.

AİP-in Lənkəran şəhər komitə sədri İlham Hacıyevin İslaminsesi.org-a verdiyi məlumata görə, saxlanılan aksiya iştirakçılarından birinə 30 günlük digərlərinə isə 7 günlük həbs cəzası verilib:

"Lənkəranda keçirilən aksiyanın əsas məqsədi xalqın dolanışığına zərbə vuran bu qərara etiraz bildirmək idi. Xalq buna görə ayağa qalxdı. Amma bu aksiya zorakılıqla yatırıldı və xeyli iştirakçı saxlanıldı. Onlardan çoxuna inzibati xəbərdalıq edildi. Lakin Bilal Hüseynli, Rauf Hüseynov və Əziz adlı 3 inanclı gənc həbs olundu.

Bu hadisə günü mənim özümü evdən çölə çıxmağa qoymadılar:

"Əgər belə getsə, mütləq bölgədə sosial partlayış baş verəcək. Bütün dinlənənləri başınnan vurur, xalqın öz dərdini çatdırmasına imkan vermirlər."
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu