Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Putin dünyaya meydan oxuyur

Rusiya ordusu ölkənin cənubunda, ilhaq etdiyi Krımda, Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hava hücumlarından müdafiə təlimləri keçirir.

Rusiya Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlərdə 2 mindən çox hərbi qulluqçu, 500 ağır texnika və hava hücumlarından müdafiə birləşmələri iştirak edir.

Abxaziyadakı bazalar da daxil olmaqla ümumilikdə 12 məşq yerində keçirilən təlimlərin neçə gün davam edəcəyi bilinmir.

Xatırladaq ki, Rusiya Krımı Ukraynadan 2014-cü ilin martında ilhaq edib. Gürcüstanla isə 2008-ci ildə qısamüddətli müharibədən sonra onun separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP