Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Yüksək ranqlı məmurların himayə etdiyi zəncirvari fırıldaq

“Quest Net” LTD şirkətinin puç etdiyi arzuların izi ilə...

O gün keçmiş tələbələrimdən biri ilə qarşılaşdım. Qaş – qabağı yer süpürən tələbəmin altındakı xarici markalı maşını da qeybə çəkilmişdi. Doğrusu onu bu vəziyyətdə, özü də şəhərdə görməyimə çox təəccübləndim. Çünki o, həmişə xarici ölkədə olurdu. Bir qədər mənimlə söhbətləşəndən sonra o, fikirli-fikirli dilləndi: “Müəllimə, siz haqlı çıxdınız”.
Yadıma onun bir il əvvəl keçmiş qrup yoldaşları ilə yanıma gəldikləri an düşdü. Uşaqlar bir yerə toplaşaraq, asan yolla varlanmağın yeni üsulunu tapmışdılar. Onlar bu işə ən çox sevdikləri müəllimlərini də cəlb etmək istəyirdilər. Bu gənclər işlərini o qədər genişləndirmişdilər ki, hətta sonradan özləri də şəxsi ofis sahiblərinə çevrilmişdilər. Bu gənclər arasında məmur övladları da vardı, paqon sahibləri də. Bu zəncirvari tələyə demək olar ki, bir çox ziyalılar, tanınmışlar belə düşmüşdü. Həmin qrupa qoşulub varlanmaq üçün hətta firmadan bir qızıl əşyası almaq da lazım gəlirdi. Sonra isə hadisələr zəncirvari şəkildə davam edir, bir nəfər 30-40 nəfərə qədər artırdı.

Keçmiş tələbələrimin məşğul olub pul qazandıqları iş ilə bağlı araşdırma aparmışdım və o zaman məlum olmuşdu ki...
Belə ki, tələbələrimin qoşulduğu şirkət dünyada yeterincə tanınan, böyük qalmaqallara imza atan və “qanun donuna” bürünərək əslində cinayətkarlıqla məşğul olan “Quest Net” LTD şirkəti idi. Bu şirkətin mərkəzi Honq Konq şəhəri idi. Honq Konqdan Azərbaycana isə “Quest Net” LDD 2008-ci ildən ayaq açmışdı. Şirkət öz şirnikləyici təklifləri ilə hətta mənim müəllim yoldaşlarımı da aldadaraq, parlaq qızılı və qazanılan pulları ilə cəlb etmişdi ki, bu müəllim yoldaşlarım maşın, ev, varidat sahibi ola bilmişdilər. Lakin sonradan isə onlar da bu şirkətin günahsız qurbanlarına çevrilmişdilər.
Aldığımız məlumata görə adı çəkilən şirkətin Bakıdakı rəsmi agenti Binəqədi rayonu, 6-cı mikrorayon ərazisi M.Mahmudov-Kazımovski küçəsi 16A ünvanında yerləşirdi. Bakıda bu şirkət “Reash Your Aim” adı ilə məşhur idi. Hazırda Azərbaycanda 40 min nəfər bu şirkət tərəfindən aldadılmış, 40-dan çox şəxs bu məsələ ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir.

Lakin bir müddət sonra onlar yenidən sənədlərini qaydaya salmış və fəaliyyətlərini davam etdirmişlər. Şirkətin fırıldağını daha yaxından araşdırmaq üçün mən o zaman tələbələrimlə birlikdə onların ofislərinə getdim. Şirkətin sahibi tələbələrimdən biri idi. O, demək olar ki, Azərbaycanda çox az olur, gününü xarici ölkədə keçirirdi. Tələbələrim məni bir qadınla tanış etdilər. Özünü Şəms xanım təqdim edən şirkət əməkdaşı burada çalışmağın üstünlüklərindən söhbət açdım. Getdiyim firma Füzuli heykəlinin yanında, ikimərtəbəli binada yerləşirdi. Şirkət sahibi tanınmış hakimlərdən birinin qohumu idi. Əslində şirkət əməkdaşı çox cəlbedici təkliflər edirdi: sərbəst iş qrafiki, mehriban kollektiv, yüksək koryera, özün öz ağan olmaq, tez bir zamanda varlanmaq... Amma bir məsələ var idi ki, bura daxil olan adam sərmayə də qoymalı idi. Bu sərmayə nə qədər çox olarsa, sərmayə qoyan bir o qədər də qazana bilərdi. Qoyulan sərmayənin miqdarı isə 550 dollardan aşağı olmamalı və həmin şirkətin hesabına köçürülməli idi. Bu məbləğə qızıl əşyası alınırdı. Məhz bundan sonra həmin şəxsin adı şirkətin işçisi kimi qeydə alınardı. Şirkətdə işə girən şəxsin adına pasport rolunu oynayan 8 rəqəmdən ibarət “TS” nın yaradılırdı ki, bu da onun fəaliyyətinə mərkəzləşdirilmiş qaydada nəzarət etməyə imkan vermirdi.

Şirkətin zəncirvari fırıldağının əsas özəlliklərindən biri insanların şirkətə kütləvi axınını təmin etməkdən ibarət idi. Bu səbəbdən də işə girən hər şəxs özündən başqa daha iki nəfəri də şirkətə cəlb etməli idi. O iki şəxsin də hərəsi iki nəfər tapmalı, öz işinə qoşmalı idi. Beləcə, iki nəfər 50-100 nəfərə qədər çoxalırdı. Hər cəlb olunan şəxs də 550 dollarlıq qızıl əşyası alırdı. Beləcə özünü sağ və sollarla təmin edən şəxs də yüksək qazanc əldə edirdi.
Bir məqamı da qeyd edək ki, qızıl ticarəti şirkətin biznes fəaliyyətinin əsasını təşkil edirdi. Həmin qızıl əşyalar isə bura işə cəlb olunanlara adi satışdan 10-15 dəfə baha qiymətə satılır, antik əşya kimi qələmə verilirdi. Şirkət insanlara üzərində Roma papası olmaqla məşhur hərbi-siyasi xadimlərin rəsmi əks olunan qızıl məmulatlarını insanlara sırımaqla, büdcəsini artırırdı.

Şirkətin ən maraqlı təklifi isə varis olma təklifi idi. Belə ki, şirkət işə girmək üçün müraciət edən hər kəsə varis seçməyi həvalə edir, sözügedən varis öz sələfinin milyonlarına sahib çıxırdı. Bu varislərin milyonçu olacağı söylənilirdi. Milyonçu olan şəxs isə aldığı o qızılları guya 90 il sonra özü də olmasa varisləri milyon dollara sata bilərdi.
Ən maraqlı məqam budur ki, bu zəncirvari oyun hüquq-mühafizə orqanlarının gözləri qarşısında baş verirdi və insanlar göz qarşısında həm soyulur, həm müflisləşirdi. Bu azlıq edirmiş kimi, insanlar özləri rəhbər olmaq üçün xüsusi 5-6 otaqlı yerlər kirayələyir, bunun üçün də küllü miqdarda vəsait xərcləyirdilər.

İndi mənim bu tələbəm də həmin bu zəncirvari “tələ”nin günahsız qurbanlarından biri idi. Maşınını, yeni evini, hətta ata mülkünü belə itirən bu gənc anası və iki bacısı ilə birlikdə kirayə evdə qalır, özü isə şəhərdə gün eynəklərinin satışı ilə məşğul olurdu. “Muncuq” macərasından sonra pul qazanmaq hərisliyi insanları “Qusst Net LTD” şirkətinə də gətirib çıxartdı. Xalqın avamlığından istifadə edib insanları belə vəziyyətə salan düşmənlər elə bizim öz içimizdədir. Onların himayədarlarının isə kiçik ranqlı məmur olmasına inanmaq ən azı sadəlövhlükdür.gundemxeber/
1747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı