Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Latviyanın müdafiə naziri Rusiyanı Riqanın düşməni adlandırdı

Latviyanın müdafiə naziri Raymond Veyonis Moskvanın Riqaya qarşı düşmən münasibət sərgiləmək yolunu seçdiyini bildirib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə nazir “Tvitter” səhifəsində dərc etdiyi məlumatda bildirib.

“Təəssüflər olsun ki, Ukraynadakı vəziyyət Rusiyanın bizimlə tərəfdaş yox, düşmən olmağa qərar verdiyini göstərir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Latviya Seyminin spikeri İnara Murniyetse Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı Ukraynadakı hadisələrin Latviyaya da aid olduğunu bildirib./apa/
921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi