Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

İŞİD 11 komandirini edam etdi

İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini “satqın” elan edərək edam edib. Bu barədə Fars agentliyi məlumat yayıb.

Qeyd edək ki, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə alıb.

Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda, ümumilikdə, 30 min nəfər iştirak edir.
2398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34