Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

İcra başçıları arasında mübarizə qızışıb

Malik İsaqov Eldar Əzizovu «devirmək»də israrlıdır

Qubadlının icra başçısı Malik Isaqovla Sumqayıtdakı həmkarı Eldar Əzizov arasında mübarizə qızışır. “Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, Malik Isaqov Eldar Əzizovun postuna göz dikib. Məlumatda deyilirdi ki, Malik Isaqov məqsədinə çatmaq üçün Sumqayıtdakı həmyerlilərini hərəkətə gətirib. Məlumat üçün deyək ki, Qubadlı işğal olunandan sonra bu rayonun əhalisinin çox hissəsi Sumqayıta köç edib.
Dünən aldığımız məlumata görə, artıq icra başçıları arasındakı mübarizə açıq müstəviyə keçib. Bildirilir ki, Eldar Əzizov Malik Isaqovun həmyerlilər vasitəsilə Sumqayıtda ona qarşı aksiyalar təşkil edə biləcəyindən ehtiyatlanır. Bu baxımdan o, bu günlərdə müşavirə keçirərək, tabeliyində olan şəxslərə əhalinin problemlərilə ciddi maraqlanmağı, sakinlərin narazılığına səbəb olan məsələləri tez bir zamanda həll etməyi tapşırıb. Eldar Əzizov bununla yerli əhalinin dəstəyini qazanmaq istəyir.
Qeyd edək ki, Eldar Əzizov Paşayevlər komandasının üzvü kimi tanınır. Malik Isaqovun isə hər yerdə hakim ailəyə yaxın olduğunu söylədiyi bildirilir. Lakin bildirilir ki, Malik Isaqovun Sumqayıtın icra başçısı olmaq istəyi Prezident Administrasiyasında müsbət qarşılanmayıb. Hətta hiddət doğurub və onun fəaliyyətinin yoxlanılmasına başlanılıb. Bununla belə Malik Isaqov Eldar Əzizovu “devirmək” üçün səylərini davam etdirir.
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber