Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Böhran ticarət obyektlərini çökdürüb

İcarədarlar obyektləri təhvil verir, sahibləri satışa çıxarır

Manatın devalvasiyasından sonra ticarət obyektlərinin bir çoxu fəaliyyətini dayandırıb. Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, xüsusilə icarəyə götürülmüş obyektlərin əhəmiyyətli hissəsi artıq sahiblərinə təhvil verilib. Məlumata görə, hazırda daşınmaz əmlak bazarında obyekt satışı üstünlük təşkil edir.
“Artıq heç kim icarəyə obyekt götürmək istəmir. Çünki manatın ucuzlaşmasından sonra icarə haqları artırılıb, qeyri-qanuni vergi rüsumları artırılıb. Bunun qarşılığında icarədardan köhnə qiymətlərlə işləmək tələb olunur. Yəni, icarədara malı baha satmaq qadağan edilir. Bu sayaq ticarət isə əlbəttə ki, heç kimə sərf etməz. Ona görə də icarədarlar obyekti təhvil vermək məcburiyyətində qalır. Obyekt sahibləri isə icarədar tapa bilmədiklərinə görə adətən onu satmağı məqsədəuyğun sayırlar”, - deyə mənbəmiz bildirir./azadlıq/
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08