Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

“Azercell” istifadəçilərini necə aldadır?

3 G datakartları dial-up sürətlidir

Bu gün ölkənin müxtəlif sahələrində problemlər yaşanır. Bu sahələrin sırasına xidmət sahələri də daxildir. Vətəndaşlar isə ən çox rabitə xidmətindən narazıdırlar. Baxmayaraq ki, Azərbaycanın ilk milli peyki orbitə çıxarıldı, rabitə sahəsində hələ də problemlər yaşanmaqdadır. Belə ki, texnologiyanın inkişafı nəticəsində təkcə mobil telefonlardan danışıq üçün deyil, həm də internet vasitəsilə dünyaya qoşulmaq üçün istifadə edilir. Lakin bu gün internetlə bağlı problemlər yaşanmaqdadır. Xüsusilə də "Azercell” mobil operatoruna məxsus 3G datakartlardan narazılıqlar gəlir. Bu mobil operator istifadəçiləri aldatmaqla məşğuldur. Əvvəlcədən datakartı pulsuz şəkildə istifadəçilərə paylayırlar və ətraflı şəkildə məlumat vermirlər.

İstifadəçilər isə datakartın pulsuz paylandığına görə dərhal alırlar. Bütün fırıldaqlar isə bundan sonra üzə çıxmağa başlayır. Belə ki, datakartı işlədib-işlətməməyindən asılı olmayaraq hər ay 10 manat ödəməlisən. Buna görə istifadəçi məcbur olub 10 manat ödəyir. Hətta ödənilmədikdə istifadəçi məhkəmə salonlarına qədər gedib çıxır. Buna görə başının ağrımasını istəməyən istifadəçi məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olur. Həmin müddət isə nə az,nə çox 10 aydır. Bundan başqa "Azercell” mobil operator istifadəçilərə ətraflı informasiyalar vermir. Məlumat verdikdə isə onu istehlakçılara elə şəkildə çatdırırlar ki, sadə vətəndaşlar bunu tam qavraya bilmir. Nəticədə isə bu cür fırıldaqçıların qurbanına çevrilirlər. Çox təəssüf ki, vətəndaşlar hüquqlarını bilmədiklərinə görə bu məsələ ilə bağlı aidiyyəti qurumları bilgiləndirməkdən çəkinirlər. Bundan başqa, "Azercell” mobil operatorun digər fırıldağı isə datakart istifadəçilərinin üzərinə əlavə borclar yazmasıdır. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, datakart istifadəçisiyəm: "Hər ay 10 manat ödəyirəm. Lakin internetə hərdən daxil oluram. Yalnız elektron poçtumu yoxlayıram. Lakin "Azercell”ə zəng vurduqda mənə bildirdilər ki, 10 manatdan da artıq borcum var. Bunun nə ilə əlaqədar olduğunu soruşduqda bildirdilər ki, limitdən artıq istifadə etdiyinə görə əlavə ödəniş etməlisən. Mən isə bunun mümkün olmadığını bildirdim. Çünki mən nə Youtube portalına daxil oluram, nə də heç bir kinoya baxmıram. Ona görə də bu qədər pulun yazılması mümkünsüzdür”.

Bütün bunlardan görünür ki, "Azercell” mobil operator istehlakçıların hüquqlarını pozmaqla məşğuldur. Bundan başqa şikayətçilər bildirir ki, "Azercell” 3 Gdatakartında əvvəllər sürət yüksək olsa da, 10 ay bitəndən sonra sürət tamamilə aşağı düşüb. Demək olar ki, dial-up sürəti ilə eynidir. Saatlarla internetə girmək mümkün olmur. əsasən bunu axşam saatlarında internet istifadəçilərinin çox olması ilə əlaqələndirirlər. Lakin səhər saatlarında da eyni problemlə qarşılaşırlar. Buna görə də "Azercell” fəaliyyətini bir daha nəzərdən keçirsin. İnsanları aldatmaqla, fırıldaq yolu ilə pul qazanmaqdan vaz keçsin. Artıq insanlar "Azercell” mobil operatoruna olan güvənlərini itiriblər. Hətta bir neçə "Azercell” istifadəçilərinin digər mobil operatorlara keçməsinin şahidi oluruq. Bu operator insanların inamını yenidən qazanmaq istəyirsə, istifadəçilərə normal şəkildə xidmət göstərsinlər./Tia/
1941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP