Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Bakı Olimpiya Stadionu çöküb?

"Bakı 2015" I Avropa Oyunlarının açılışı üçün nəzərdə tutulan "Bakı Olimpiya Stadionu"yla bağlı şok bilgi əldə etmişik. Stadium.Az saytına verilən məlumata görə, arenanın bir hissəsində çöküntü baş verib. İş ondadır ki, stadion ərazisində daha əvvəl göl vardı. Bu göl qurudularaq yerində stadion tikintisinə başlanıldı.

“Bakı Olimpiya Stadionu”nda çalışan fəhlələrdən birinin redaksiyamıza verdiyi məlumata görə, stadionun alt hissəsinə su yığılıb. Təcili olaraq arenaya mütəxəssislər dəvət olunub. Hazırda da Almaniya və Yaponiyadan olan mütəxəssislər bu problemin aradan qaldırılması yönündə çalışırlar.

Hətta ehtimal olunur ki, əgər vəziyyət bu cür davam edərsə və Avropa Oyunlarında "Bakı Olimpiya Stadionu"na 50-60 min seyirci gələrsə, arena tamamilə çökə və fəlakət ola bilər.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...