Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Məhbus ağzını iynə ilə tikdi

Elşən Paşayevi anası: “Penitensiar Xidmətin Təhqiqat İdarəsinin rəisi deyir ki, heç yerə şikayət yazma, oğlunun oradan meyiti çıxacaq”

“Oğlum Elşən Paşayev cəzaçəkmə müəssisəsində ağzını tikərək müddətsiz aclığa başlayıb. O, təzyiqlərə və qeyri-insani rəftara məruz qaldığına etiraz edir. 10 ildir ki, oğlum həbsdədir. Altı dəfə məhkəməyə cəza növünün dəyişdirilməsi ilə bağlı müraciət etmişik. Fevralın 24-də qərar verdilər ki, həbsdə qalmalıdır. Əsas kimi də oğluma müsbət xarakteristika verilmədiyini göstərdilər. Oğlumun barəsindəki cəza növünün dəyişdirilməsinə imkan vermirlər”. Bu sözləri “Yeni Müsavat”a müraciət edən Lida Mirzəliyeva deyib. Onun sözlərinə görə, oğlu E.Paşayev 1 saylı cəzaçəkmə müəssisəsində martın 3-dən quru aclıq aksiyasına başlayıb: “Penitensiar Xidmətin Təhqiqat İdarəsinin rəisi deyir ki, heç yerə şikayət yazma, oğlunun oradan meyiti çıxacaq. Oğlumun aclıq keçirdiyini də qeydiyyata almırlar. Ümumiyyətlə, orada aclıq keçirən heç bir məhkumun aclıq etməsi qeydə alınmır. Orada ölən insanların böyük əksəriyyəti öz əcəli ilə ölmür. Həkimlər də buna göz yumur”.

L.Mirzəliyeva deyir ki, oğlunun həbsi onun siyasi fəaliyyəti ilə bağlı olub: “Martın 10-da oğlumun həbsinin 10 ili tamam olacaq. O vaxt mənim oğlumu Sahib Mirzəyev saxta ittihamla tutdurdu. Bundan əvvəl məni yanına çağırmışdı. Dedi ki, çıx televiziyada müxalifətçilər haqda danış, özün də YAP-a keç. Onunla razılaşmadım, dedim ki, partiyadan çıxacağam, məndən əl çəkin. Ağlıma gəlmədi ki, məni övladımla imtahana çəkərlər. Evimi tar-mar ediblər. Bu gün evdə oturmağa stolum belə yoxdur. Oğlum orada əsir saxlanır”.
L.Mirzəliyeva deyib ki, oğluna öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlər göstərilir, qeyri-insani rəftara məruz qalır: “Durduğu yerdə oğlumu itələyirlər, üzünə tüpürürlər, təhqiredici söyüşlər söyürlər. İstəyirlər ki, oğlum onlara cavab versin və şərləyib cinayət işi başlasınlar”.

L.Mirzəliyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir: “”Morq"un kitabında oğlumun öldürdüyü iddia edilən şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. Amma buna baxan yoxdur. Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır. Məni intihar həddinə çatdırıblar".

Penitensiar Xidmət “Amerikanın səsi”nin sorğusuna cavabda bildirir ki, qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib. “Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir” deyə, cavabda qeyd edilir./azerinews.tv/
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...