Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Suriyada yaralanan İŞİD üzvü Türkiyədə müalicə olunur

Suriyanın Kobani şəhərində kürdlərə qarşı döyüşlərdə yaralanan İŞİD komandirinin Türkiyədə müalicə aldığı bildirilib.
Əmrah Ç. adlı İŞİD-çinin 28 fevraldan Dənizli rayonunda Pamukkale universitetinin tibb fakultəsində müalicə aldığı bildirilib. Hadisə Dənizli Valiliyi tərəfindən də təsdiqlənib.
Valilikdən bildirilib ki, Əmrahın Dənizlidə qohumları var və o, xəstəxana xidmətlərindən digər vətəndaşlar kimi yararlana bilər.
Əmrahın Malazgirt rayon qeydiyyatında olduğu və 6 aydır ki, İŞİD sıralarında döyüşdüyü bildirilib./musavat/
974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13