Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

ABŞ-ın fövqəl məqsədi: İŞİD niyə məhv edilmir?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin islam dünyasını bölməyə çalışdığını, Rusiya və Çini zəiflətmək istədiyini açıqlayıb.
Misir və Birləşmiş Ərəb Əmirliklərinə 2-4 mart tarixində etdiyi səfərdən sonra mətbuat mənsublarının suallarını cavablayan Patruşev rəsmi Vaşinqtonun İŞİD-i yox etməkdə maraqlı olmadığını iddia edib:
“Ortaqlarımız islam dünyasını parçalamaq istəyir. Eyni zamanda Rusiya və Çini də zəiflətmək istəyirlər. Orta şərqdə “idarəli xaos” üçün texnologiya istifadə edilir. Radikal qrupların maliyyələşdirilməsi və silahlandırılmasını ehtimal etməyə bilmərik”.
ABŞ-ın Suriya lideri Bəşər Əsədin işini asanlaşdıracağı səbəbindən İŞİD-i yox etməkdə maraqsız olduğunu bildirən Patruşev Vaşinqtonu ikiüzlü adlandırıb:
“Kədərlənərək demək istəyirəm ki, ABŞ hələ də terrorla mübarizədə ikiüzlü davranır. Əsədin işini asanlaşdıracağından İŞİD-i məhv etmək istəmir. Biz terrorizmi yaxşı və pis deyə iki kateqoriyaya bölmürük. Bu düşmənə qarşı döyüş beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olmalıdır”.
İŞİD-in ABŞ-ın irəlini görə bilməyən siyasəti sayəsində ortaya çıxdığını iddia edən Patruşev təşkilatın əsas hədəfinin Əsədi devirmək olduğunu bildirib:
“İŞİD-in bünövrəsi Qərbin İraqa müdaxiləsi zamanı qoyuldu. Əl Qaidənin başqa bir forması kimi yaradıldı. ABŞ işğalının ardından keçmiş İraq ordusunun mənsubları bu təşkilata daxil oldu. İŞİD terrorçuları Suriyaya qonşu olan ölkələrdə Bəşər Əsədi devirmək üçün xüsusi təhsil alır”./axar/
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40