Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

İŞİD tarixi şəhəri məhv etdi

İŞİD terror təşkilatının silahlıları İraq ərazisində yerləşən qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər. “Frans Press”in verdiyi xəbərə görə, bu barədə İraqın Turizm və Tarixi Abidələr Nazirliyinin açıqlamasında bildirilir.

“İŞİD tarixi Nimruda hücum edərək şəhəri ağır texnika vasitəsilə məhv edib”, deyə məlumatda bildirilir.

Nazirlik, həmçinin, silahlıların qiymətli tarixi mədəniyyət nümunələrinin aparılması üçün yük maşınlarından istifadə etdiyini bildirib. Rəsmi qurumlar indiyədək dağıntıların miqyasını müəyyən edə bilməyib.

Qeyd edək ki, İŞİD bundan əvvəl Mosulda nadir tarixi abidələri məhv edib./apa/
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP