Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

İlahiyyatçı Zirəddini biabır etdi

"Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır" (Hud.123)

İlahiyyatçı İsmayıl Əhməd falçılara və öncəgörənlərə müqəddə kitabımız Qurandakı ayə ilə mesaj göndərib.

İlahiyyatçı Rusiyada yaşayan məşhur ekstrasensin Zirəddin Rzayevdən tükürpədici proqnoz: “Bu il İblisin ilidir”" başlıqlı müsahibəsinə sərt reaksiya verib:

"Hər kəs dünyaya öz pəncərəsindən baxır, kimi vəhy pəncərəsindən, kimi də İblisin pəncərəsindən. Buna görə də hər kəs ona göstəriləni görür və göstərməyə çalışır. Zirəddin Rzayev və onun kimi qabaqgörənlik iddiası edənlər burunlarını ucunu görə bilmir, nədənsə Allahın idarə etdiyi təbiət barədə proznoz verir. Onlar özü kimi insanların planlarından belə xəbər verə bilmirlər. Məsələn, erməni kəşfiyyatı barədə nə isə deyə bilər, demir. Ümumiyyətlə, Qarabağ münaqişəsi barədə nədənsə hər hansı bir proqnoz verməkdən çəkinir.

Hörmətli "qabaqgörənlər", iş tapın özünüzə, işlə məşğul olun. İnsanlara verdiyiniz hər yalan və saxta məlumatlara görə Allah qarşısında cavab verməli olacaqsınız! Sizə daha bir ayə təqdim edirəm bəlkə bundan belə ibrət alasınız: "De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı." (Əraf,188) Belə bir səriştəsiz, qapalı düşüncəli, dindən sui istifadə edən şəxs barədə bundan artıq nəsə yazmaq sadəcə vaxta xəyanət olar!"/ans/
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...