Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Binəlilərdən Milli Şuranın mitinqinə orjinal dəstək

Qəsəbə sakinləri əllərində boş su qabları ilə aksiyaya qatılacaqlar

Milli Şuranın martın 15-nə təyin etdiyi aksiyaya maraq getdikcə artır. Müxalifət düşərgəsinin «Talançılığa Son!» şüarı altında keçirməyi qərarlaşdırdığı mitinqə qatılmaq istəyənlərin də bu ərəfədə sayı artmağa başlayıb.

Bu qatılımçılar içində ən maraqlı və orjinal yolu seçənlər isə Binə qəsəbəsinin sakinləri olacaqlar. Verilən məlumata görə, xeyli müddətdir susuzluqdan və yolsuzluqdan əziyyət çəkən qəsəbənin «Sovxoz» deyilən ərazisinin sakinləri Milli Şuranın aksiyasına qatılaraq, etirazlarını bildirəcəklər. Lakin onlar bu etirazlarını həm də əllərində boş su qabları diqqətə çatdıracaqlar. Çünki uzun illərdin qəsəbə sakinləri susuzluqdan ciddi şəkildə əziyyət çəkirlər. Üstəlik, evlərinə zəruri olan suyu uzaq məsafələrdən əllə daşımalı olurlar.

Xatırladaq ki, Bakıdan 4 km aralıda yerləşən Binə qəsəbəsinin «Sovxoz» deyilən ərazisində 22 ildir yaşayış var. Lakin indiyə qədər ora su xətti çəkilməyib. Qəsəbə sakinlərinin bəziləri içiməli suyu Bakıdan gətirməli olurlar. Əhalisi isə təqribən 100 minə yaxındır.

Onu da bildirək ki, ötən ilin noyabrında Binə sakinləri üzləşdikləri problemdən dolayı etiraz aksiyası keçirmişdilər. Həmin vaxt polis aqressiv şəkildə aksiyanı dağıdaraq, 11 nəfər etirazçını saxlamışdı. Hazırda həmin saxlanılanlara qarşı cinayət işi açılıb./jam.az/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber