Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Moskvada Azərbaycan vətəndaşı öldürülüb

Rusiya paytaxtında 28 yaşlı azərbaycanlı güllələnib.

Hadisə Moskva vilayətinin Domodedovo şəhərində baş verib. Martın 5-də saat 23:00 radələrində 28 yaşlı Azərbaycan vətəndaşı yaralı vəziyyətdə Domodedovo Mərkəzi Şəhər Xəstəxanasına gətirilib.

Aparılan araşdırma nəticəsində azərbaycanlının iki yoldaşı ilə birlikdə kafedən çıxarkən güllələndiyi məlum olub. Naməlum şəxs ona odlu silahdan atəş açıb.

Ağır yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, güllələnən şəxs 1987-ci il təvəllüdlü U. A. Həsənlidir./apa/
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu