Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

İcra hakimiyyətində ölüm

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinə (RİH) qəbula gedən rayon sakini orada dünyasını dəyişib.

RİH-in inzibati binasında vəfat edən şəxs Neftçala rayonu, Qoltuq qəsəbəsinin Yusif Cəfərov adlı sakinidir.

Məlumata görə, Yusif Cəfərov RİH-ə bu gün səhər şəxsi problemi ilə bağlı gedibmiş. Qəbula yazılıb növbə gözlədiyi vaxt elə qəbul otağında qəfil ürək tutmasından dünyasını dəyişib. Onu təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Amma artıq gec olub. Xəstəxanaya çatdırılanda xəstə artıq keçinibmiş.

66 yaşlı Y.Cəfərov uzun illər “Salyan OİL” əməliyyat şirkətində qazmaçı işləyib, elə oradan da təqaüdə çıxıb. O, ağır xəstəlikdən əziyyət çəkirmiş və bir neçə il əvvəl ürəyindən əməliyyat da olunubmuş./virtualaz/
1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı