Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Sibirdə uçan boşqaba bənzər obyekt tapıldı

Rusiyanın Sibir əyalətində yerin 40 metr dərinliyindən uçan boşqaba bənzər obyekt aşkar edilib.

Miniatür uçan boşqabı xatırladan bu qeyri-adi obyekt Kuzbassdakı daş kömür mədənində torpaq işləri görülən zaman 40 metr dərinlikdən tapılıb.

Bəlkə bu tapıntı min illər bundan əvvəl yadplanetlilərin bizim planetə səfər etmələrinin sübutudur? Arxeoloqlar təcili surətdə bu obyektin tədqiqi ilə məşğul olmağa çağırırlar.

Yeni tapıntının ehtimal edilən yaşı və yerləşdiyi dərinliyin nəzərə alınması əsl sensasiyaya səbəb ola bilər. Obyekt ideal dərəcədə dairəvidir. Onun diametri 1,2 metr, çəkisi isə 200 kiloqrama yaxındır.

Bu qeyri-adi obyektin 40 metr dərinlikdən aşkara çıxarılması onun əvvəllər bu regionda 25 metr dərinlikdən tapılan mamont skletlərindən xeyli yaşlı olması qənaətinə gəlməyə əsas verir.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22