Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

“İran dövləti yəhudiləri 3 dəfə xilas edib”

Qeyd olunur ki, bu açıqlama ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

O, işğalçı İsrail qondarma baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına və İranla bağlı sözlərinə cavab verib:

“Netanyahunun tarixi məlumatlarını təkrarlamağa ehtiyacı var. O, yəhudilərin müqəddəs mətnlərini belə təhrif edir. İranın İsraili yox etmək niyyəti yoxdur. Əksinə, İran tarixdə yəhudiləri 3 dəfə xilas edib. İlk olaraq yəhudiləri öldürmək istəyən bir baş vəzir olub və iranlı kral onları xilas edib. İkincisi Böyük Ker vaxtında baş verib və o, yəhudiləri Babildən qurtarıb. Sonuncusu da İkinci Dünya Müharibəsi ərəfəsində olub. Netanyahunun fanatikliyinin tarixdə yəhudiləri 3 dəfə xilas etmiş bir millətə böhtan atmaq səviyyəsinə gəlməsi həqiqətən kədərlidir”.

O, İranın nüvə fəaliyyəti ilə bağlı isə bunları deyib:

“Heç vaxt nüvə silahımız olmayıb və olmayacaq da. Nüvə silahı əldə etmək bizim mənfəətimizə deyil. Amma Netanyahunun əlində 200 nüvə silahı var”. /axar.az/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22