Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

İmam Əli (ə) cümə məscidində ehsan süfrəsi açılıb

Ağstafanın İmam Əli cümə məscidində ehsan süfrəsi açılıb
Ağstafa rayonunun İmam Əli adına cümə məscidində imamların xatirəsinə ehsan süfrəsi açılıb.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, ehsan süfrəsində qərb bölgəsinin digər rayonlarından gəlmiş mömünlərdə iştirak ediblər. Ehsan süfrəsindən əvvəl keçirilən mərasimdə 4 yaşlı iki körpənin Muhəmmədəli və Hüseyinin “Qurani Kərim”dən bir neçə aiyə söyləməsi və onlar tərəfindən yezidin lənətləməsi böyük marağa səbəb olub.

Şəmkir və Ağstafa rayonunun mömünləri Məhərrəmlik ayının önəmindən danışıb və bu gün verilən ehsan süfrəsinin məscidin mömünləri tərəfindən təşkil edildiyini bildiriblər.

Ağstafa cümə məscidinin axundu Zaur Ağazadə İmam Əli adına cümə məscidində Məhərrəmlik ayı ilə əlaqədar mömin insanlar tərəfində mərasimlərin keçirildiyini və ehsan süfrələrinin mütamadi olaraq açıldığını deyib.
1981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:41