Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

İçərişəhər "Cümə" məscidi dini icması "Əyyami-Fatimə (s.ə)" mərasimlərini davam etdirib

İçərişəhər "Cümə" məscidi dini icması Xanım Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadət günləri ilə əlaqədar əzadarlıq mərasimlərini davam etdirib.
Ənənəyə uyğun olaraq, "Əyyami-Fatimə (s.ə)" günlərinin ilk 3 günü təziyə mərasimləri düzənlənmişdir.
Buğünkü mərasimdə Xanım Fatimeyi-Zəhranın (s.ə) ürəkləri yandıran şəhadətinə həsr olunmuş rövzə oxunub, mərsiyələr deyilib, sinəzənlik edilmişdir.
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu moizə söyləmişdir. Vaiz, söylədiyi moizədə Həzrət Zəhranın (s.ə) mübarək həyatından mühüm məqamlara diqqət çəkmişdir.
Vaiz, xüsusilə Allahı xatırlamağın önəmliliyinə vurğu etmiş, bu anlamda Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək zikrinin xüsusi əhəmiyyətinin olduğuna dair geniş bəhs etmişdir.
Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək zikrinin fəzilətlərinə toxunan vaiz, əslində bu zikrin mahiyyətcə Qurani-Kərimdə buyurulan “Məni yada salın ki, Mən də sizi yada salım” ayəsinin əmələn yaşadılmasına gözəl bur nömunə olduğunu qeyd etmişdir.

Əzadarlıq mərasimi cəmlə duaların edilməsi ilə yekunlaşmışdır.

İçərişəhər "Cümə" məscidi dini icması "Əyyami-Fatimə (s.ə)" münasibətilə üçgünlük əzadarlıq mərasimlərini davam etdirib

1627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı