Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Şəhid ailələri yenidən aksiya keçirəcəklər

Onlar "qan pulu" tələbi ilə Milli Məclisin qarşısına yürüş edəcəklər

Qarabağ müharibəsində şəhid olmuş, əlil olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri gələn həftə Milli Məclisin qarşısında yenidən etiraz aksiyası keçirəcəklər. Aksiyaçılar tələb edirlər ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq onlara 11 min manat dövlət icbari sığorta pulu ödənilsin. Şikayətçilərin sözlərinə görə, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varislərinə və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Almaz Zeynalov bildirdi ki, məsələ ilə bağlı şəhid ailələri müvafiq qurumlara müraciət ediblər: “Həmin qurumlardan onlara bildirilib ki, 1 sentyabr 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilib. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia müddəti üçün nəzərdə tutulan üç il keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Şəhid ailələri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Azərbaycan məhkəmələri bu kateqoriyadan olan vətəndaşların iddialarını haqlı sayaraq, qanunla ödənilməli olan məbləği dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh Dövlət Sığorta Şirkəti “Azərsığorta”nın üzərinə qoyub. 2012-ci ildən bəri 42 məhkəmə qərarı “Azərsığorta” tərəfindən icra olunub. Bizim təşkilatın statistikasına əsasən, hazırda 70-dən artıq məhkəmə işi icra olunmamış qalır. 100-dən artıq iş hazırda məhkəmədədir”.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən "Azərsığorta"dan şəhid ailələrinə bildirilib ki, sığorta ödənişinin həyata keçirilməsi Milli Məclisdən asılıdır. Etirazçılar bildirirlər ki, atəşkəs dövründə şəhid olanların ailələrinə dövlət icbari sığorta pulu verilsə də, Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri bu prosesdən kənarda qalıb./bizimyol/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber