Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Masallıda yeni kanalizasiya sistemi “fəvvarə” vurdu — FOTO

Bu gün səhər saatlarından Masallıda başlayan yağış rayon mərkəzinin avtomobil yollarında təzə çala-çuxurların meydana gəlməsinə səbəb olub. İlk yaz yağışı rayonun bütün ayıblarını çılpaqlığı ilə üzə çıxarıb.

İcra Hakimiyyətinin və digər məsul qurumların yarıtmaz fəaliyyəti nəticəsində rayon beləcə adi yağmura da dözüm göstərə bilməyib. Yağışlar yollarda yeni çala və yamaların yaranmasına səbəb olmaqla yanaşı, təzə çəkilmiş kanalizasiya xətlərinin də bərbad vəziyyətdə olduğunu ortaya çıxarıb. Şəhərin küçə və prospektləri çirkli sularla aşıb-daşıb.

“Bəh-bəhlə tərif edilən məşhur Heydər prospektindən FHN-nin Yanğından Mühafizə Hissəsi tərəfə gedən yol da bütünlüklə sulara qərq olub. Kanalizasiya sisteminin bərbadlığı ucbatından mərkəzi küçədə hərəkət etməyin çətinliyi onsuz da problemlər içində olan insanların dərd-sərini bir az da artırıb. Rayon sakinlərinin təbirincə desək, burda təzə bir “Fəvvarələr meydanı” yaranıb”, — deyə xəbərdə qeyd edilir.

Yağışlardan sonra bir qayda olaraq, Masallının bir çox küçələri keçilməz olur. Əhali yeni çəkilən kanalizasiya sistemlərinin düzgün quraşdırılmamasından narazıdır./Cenubnews/

Masallıda yeni kanalizasiya sistemi “fəvvarə” vurdu
965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23