Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Banklara borcu olan əsgər atası məktub yazıb özünü asdı

Banklara borcu olan Sabirabad sakini özünü asıb. Hadisə dünən axşam saatlarında baş verib.

39 yaşlı Sabirabad şəhər sakini Həsənov Cəbrayıl Sərəstan oğlu Surra kəndində, Kür çayının üstündəki körpüdə özünü asıb.

Mərhumun üzərinə baxış zamanı ailə üzvlərinə ünvanladığı məktub tapılıb.

C.Həsənov məktubunda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü yazıb.

O, yaxınlarına vəsiyyət də yazıb və xərc çəkib ona yas məclisi qurulmamasını istəyib.

Ailəli olan C.Həsənovun üç uşağı var. Onun böyük oğlu hazırda hərbi xidmətdədir./virtualaz/
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı