Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Qasim Süleymani Səddam Hüseynin şəhərini İŞİD-dən azad edir

General Qasım Süleymani İraqda Tikrit şəhərinin geri alınmasında mühüm əməliyyatın təşkili və planlaşdırılmasına başçılıq edir.

Bu gün Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) Peşmərgə məsulu Mustafa Çavreş İraqın Tikrit şəhərinin İŞİD-dən azad edilmə əməliyyatına İran Xüsusi Qüvvələr komandiri Qasım Süleymaninin başçılıq etməsi haqqında xəbər verib.

"Əvvəllər General Qasım Süleymani ilə bir çox yığıncağa qatıldıq. Hacı Qasim Süleymani Mahmur mahalının qurtarılmasında da əhəmiyyətli rol oynayıb. Son üç gündür Tikritdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatı Qasim Süleymani idarə edir..."- deyə Çavreş bildirib.

Xatırladaq ki, Tikrit şəhəri Dəclə çayının sol sahilində yüksək strateji əhəmiyyətə malik olmaqla yanaşı, Bağdad və Mosul arasında ən böyük və ən əhəmiyyətli şəhər hesab olunur. 2014-cü ildə İŞİD-in əlinə keçən şəhərdə bir neçə ay bundan öncə kəşfiyyat məlumatlarının toplanmasından sonra 2015-ci ilin mart ayından əməliyyatlara başlanıb. Tikrit İraqın edam olunmuş prezidenti Səddam Hüseynin doğma şəhəridir./modern/

2058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat