Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Obama Kiyevi yarı yolda qoydu

ABŞ Ukrayna hərbi qulluqçularının təlimi və təhsili üzrə həyata keçirdiyi layihəni dayandırıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropadakı nümayəndəsi Reuters-ə bildirib.

Nümayəndə deyib ki, Vaşinqtonda Obama administrasiyası Ukraynanın şərqində silahlı münaqişə tərəflərinin sülh rejiminin yaradılması prosesinə kənardan nəzarət etmək istəyir.

Onun sözlərinə görə, ABŞ administrasiyası istəyərdi ki, Minsk razılaşması tam yerinə yetirilsin. Ukrayna əsgərlərinin təlim-təhsili üzrə missiya hələlik dayandırılır. Ancaq, əgər bizim hökumətimiz bu layihənin yenidən həyata keçirilməsinə qərar qəbul edərsə, Amerikanın Avropadakı hərbi kontingenti bu missiyanı yerinə yetirməyə hazırdır. ABŞ Ukraynaya təlim-təhsil layihəsinə və ordunun təchizatına 120 milyon dollar ayıracaq.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Avropadakı Baş komandanı Ben Hadjiz bu ilin fevralında elan etmişdi ki, Ukrayna əsgərlərinin təlim-təhsili mart ayında bağlanacaq. Bu proqramın hədəfi Ukrayna hərbçilərinə Rusiyapərəst separatçıların hücumlarından qorunmağı öyrətməkdir. Layihəyə əsasən, Amerika əsgərlərinin bir batalyonu Ukrayna ordusunun üç batalyonuna təlim keçməlidir.
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03