Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Nemtsovun qatili həbs edildi

Rusiya polisi müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bildiyi 2 nəfəri saxlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Anzor Qubaşev və Zaur Dadayev tutulub.

İlkin məlumatlara görə, onlar qətlin bilavasitə icraçısıdır. Hüquq-mühafizə orqanlarında olan mənbənin bildirdiyinə görə , bu hadisə ilə əlaqədar daha 4 nəfərin axtarışları davam edir.

Axtarışda olan şübhəlilər Qubaşev və Dadayevi silahla təmin edib, həmçinin Boris Nemtsovu izləyiblər.

Bu cinayətdə şübhəli bilinənlərin adlarını Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov canlı efirdə açıqlayıb.

Saxlanılan şübhəlilər Moskva mərkəzində həyata keçirilən qətlin ərazisindəki telefon tezliklərin analizi nəticəsində diqqətə düşüb. Onların saxlanılmasının başqa təfərrüatları isə açıqlanmayıb.

“Mən məlumat vermək istəyirəm ki, bu gün Nemtsovun qətlində iştirak edən iki şübhəli şəxs saxlanılıb. Bu Qubaşev Anzor və Dadayev Zaurdur”, - deyə FTX rəhbəri deyib.

KİV-in məlumatına görə, saxlananların həbsi ilə bağlı məhkəməyə bazar günü və ya gələn həftə keçiriləcək.

Qeyd edək ki, Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov fevralın 27-də gecə saat 23:40 radələrində Moskvanın mərkəzində qətlə yetirilib./ans/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber