Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

08-09 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 08-də hava şəraitinin dəyişkən buludlu, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Martın 09-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı, axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Martın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Martın 09-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:20