Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Aİ: İranla razılaşma dünyada təhlükəsizlik üçün vacibdir

İranla sazişin bağlanılması nəinki Yaxın Şərqdə, bütün dünyada təhlükəsizlik üçün vacibdir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Parisdə Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini Fransa, Almaniya, Böyük Britaniya və ABŞ XİN rəhbərləri ilə görüşündən sonra bildirib.

“Yaxın iki həftə həlledici olacaq. Bəzi məsələlər həll edilməmiş qalmaqdadır, onların həlli istiqamətində fəal iş aparılacaq. Bu günlərdə İranla razılaşmaya nail olmaq nəinki Yaxın Şərqdə, bütün dünyada təhlükəsizlik üçün vacibdir”, deyə Moqerini vurğulayıb./apa/
875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21
İşğalçı