Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Liviyada silahlılar neft yatağına hücum edərək 11 nəfəri öldürüb

Liviyanın Benqazi şəhəri yaxınlığında silahlıların “Əl Xani” neft yatağının obyektlərinə hücumu nəticəsində mühafizə xidmətinin 11 əməkdaşı həlak olub. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə neft obyektlərinin mühafizəsi xidmətinin rəsmi nümayəndəsi Əli Əl Xasi bildirib. Onun sözlərinə görə, “Əl Xani” neft yatağını mühafizə etmək mümkün olub, lakin yaxınlıqdakı “Əl Mabruk”, “Əl Baxi” və “Əl Zöhrə” yataqları silahlılar tərəfindən minalanıb.

Hücum zamanı silahlılar hərbçiləri qətlə yetirib, neft anbarını yandırıb və avadanlıqları oğurlayıblar.

Xatırladaq ki, bundan əvvəl İŞİD silahlıları “Əl Mabruk” və “Əl Baxi” neft yataqlarını zəbt edərək Əs Sidr limanına çəkilmiş boru xəttini sıradan çıxarıblar.
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber