Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Putin Krımda nəhəng hərbi baza yaradır

Vladimir Putin öz qarşısına Krım yarımadasında nəhəng hərbi baza yaratmaq məqsədi qoyub. Bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiya tərəfindən işğal edilən Krımda insan haqlarının durumu barədə məruzənin həmmüəllifi, jurnalist və hüquq müdafiəçisi Andrey Klimenko deyib.

“İlhaqın lap əvvəlindən Putin öz qarşısında ən vacib məsələ kimi bunu qoyub: Krımda oyun zonası, turist cənnəti yox, nəhəng hərbi baza yaratmaq - harada ki, donanmadan savayı, strateji aviasiya, HHM sistemləri, kosmik hərbi qüvvələr, sahil raketlər və nüvə silahı olacaq” – bildirib hüquq müdafiəçisi.

Klimenko onu da bildirib ki, yaxın 1-2 ildə 100 min hərbçi yerləşdiriləcək yarımadada qeyri-loyal əhali olmamalıdır. “Söhbət Krım tatarlarından, jurnalistlərdən və vətəndaş qurumları fəallarından gedir” - əlavə edib o.
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
</