Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

İri neft yatağı İŞİD-in nəzarətindən çıxdı

Suriya ordusu Jezel rayonunda İŞİD-in ələ keçirdiyi neft yataqlarından bir neçəsinin üzərində nəzarəti bərpa edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Sputnik” nəşrinə hərbi mənbə bildirib.

“Martın 6-sı axşam saatlarında İŞİD silahlıları ilə şiddətli döyüşdən sonra “Jezel” neft yataqları ordunun nəzarətinə keçib”, deyə mənbə qeyd edib.

Məlumata görə, neft yataqlarına aparan yollarda əlavə qüvvələr yerləşdirilib. Silahlılar geri çəkilərkən neft quyularından birinə od vurublar.

Qeyd edək ki, “Jezel” yatağında çoxlu sayda həm neft, həm də qaz quyuları işlənilir. Yataqdan hər gün 2500-3000 barel neft və 150 000 kubmetr qaz hasil olunur.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP