Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Ağ Evdə gurultu səsi eşidilib

ABŞ prezidenti Barak Obama və ailəsinə ev sahibliyi edən Ağ Evdə böyük bir partlayış səsi eşidilib. Bu barədə dünyanın ən böyük media qurumları xəbər yayıblar.
Bildirilir ki, Ağ Evdə təhlükəsizlik həyəcanı verilmiş vəziyyətdədir. Həyəcanın səbəbi Ağ Evin arxa bağçasından böyük bir gurultunun gəlməsidir.
Şiddətli gurultu səsi Obamanın ailəsinin vertolyotla Ağ Evdən ayrılmaq üzrə olduğu vaxt gəlib.
Gələn ilk məlumatlara görə, səs-küydən dərhal sonra gizli xidmət agentləri, jurnalistləri brifinq otağına doldurub və qapını kilidləyib.
Hadisə ilə əlaqədar hələ rəsmi bir şərh verilməyib./musavat/
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber