Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Dərmanların qara ciyərə təsiri

Qara ciyər orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri orqanizmə düşən toksinlərin və ziyanlı maddələrin zərərsizləşdirilməsidir.
Qara ciyərdə xüsusi fermentlər var ki, bu fermentlər ziyanlı maddələri ziyansız maddələrinə çevirir.
İstənilən dərman preparatı qara ciyərdə zərərsizləşdirilir. Qara ciyərin fermentləri orqanizmə düşən hətta ən ziyanlı dərmanı ziyanı olmayan maddələrə çevirir və daha sonra bu maddələr orqanizmdən xaric olunur. Lakin əgər insan dərmanları uzun müddət ərzində və yüksək dozalarda qəbul edirsə, qara ciyərin fermentləri öz funksiyalarını tam şəkildə yerinə yetirməyə çatdırmır. Nəticədə ziyanlı maddələr zərərsizləşdirilmir və qara ciyərdə yığılaraq orqanın hüceyrələrini dağıtmağa başlayır. Bu isə hepatitin inkişafına səbəb olur. Hepatitin bu forması "dərman hepatiti" adlandırılır. Dərman hepatiti qara ciyər çatışmazlığı və qara ciyər sirrozu kimi ağır pozulmaların səbəbi ola bilər. Nəzərinizə çatdıraq ki, xəstəliyin bu formasına kifayyət qədər tez-tez rast gəlmək olar.
Əgər insan hər hansı xəstəliyə görə uzun müddət ərzində hər hansı dərmanları qəbul edirsə (xüsusilə eyni zamanda bir neçə dərman) bu hepatitin inkişafının riskini artırır. Bu səbəbdən belə insanlar vaxtaşırı olaraq hepatoloqun müayinəsindən keçməli, lazım olan analizlər verməli (qara ciyər sınaqları və s.) və lazım olduqda qara ciyərin bərpası üçün müəyyən müalicə almalıdır.
İnsanların əksər hissəsi baş, diş, əzələ və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən müxtəlif dərman preparatları qəbul edir. Bu heç də təhlükəsiz deyil. Həkimin təyini olmadan dərman preparatları (hətta bitki mənşəli preparatları) qəbul edən insanlarda, özü-özünü müalicə ilə məşğul olan insanlarda hepatitin inkişaf etmə riski artmış olur.
Dərman hepatitinin inkişafına bu kimi faktorlar təkan verə bilər:
- irsiyyat (məsələn, bu insanın valideynlərində hepatitin bu forması inkişaf etmişdir),
- qara ciyərin sağlamlığında hər hansı pozulmalar olduqda,
- insan eyni zamanda bir neçə dərman preparatı qəbul etdikdə,
- insan spirtli içkiləri qəbul etdikdə,
- insan daim müxtəlif toksiki maddələrin (həlledicilər, boyalar və s.) təsirinə məruz qaldıqda və s.
Dərman hepatitinin riski hamilə qadınlarda, pis qidalanan insanlarda, uzun müddətli streslərə məruz qalan insanlarda, digər orqanların (böyrəklər, ürək və s.) ağır xəstəlikləri olan insanlarda artmış olur.
İstənilən dərman preparatı dərman hepatitinin inkişafına səbəb ola bilər. Bu insanın orqanizmindən, dərmanın dozasından və qəbulun müddətindən və s.-dən asılı olur.
Lakin bəzi dərman preparatları hepatitin inkişafına daha tez səbəb olur:
- antibakterial preparatlar (tetrasiklin, penisillin və onların törəmələri, makrolidlər və s.)
- vərəm əleyhinə preparatlar
- hormonal preparatlar (hamiləlik əleyhinə həblər və s.)
- xora əleyhinə preparatlar (omeprazol və s.)
- iltihab əleyhinə preparatlar (diklofenak, aspirin və s.)
- gıc əleyhinə və epilepsiya əleyhinə preparatlar
- sulfanilamid preparatları (biseptol, sulfadimetoksin, kotrimoksazol və s.)
- diuretiklər (sidik qovucu preparatlar)
- aritmiya əleyhinə preparatlar./Saglamolun/
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP