Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Zaqatala sakini həmkəndlisini bıçaqladı

30 yaşlı Zaqatala rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kəpənəkçi kəndində baş verib. Rayonun Kəpənəkçi kənd sakinləri 1985-ci il təvəllüdlü Anar Rəsul oğlu Hüseynov və Haqverdi Xəlil oğlu Əliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Davaya çevrilən mübahisə zamanı Haqverdi Əliyev üzərində gəzdirdiyi bıçaqla Anar Hüseynova bir neçə xəsarət yetirərək hadisə yerini tərk edib.

Bıçaq xəsarətləri alan Anar Hüseynov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Hadisəni törədən Haqverdi Əliyev isə keçirilmiş tədbir nəticəsində tutularaq istintaqa təhvil verilib. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, Anar Hüseynova sol budun yuxarı hissəsinin kəsilmiş və deşilmiş, sinənin isə kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağır hesab olunur./apa/
838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...