Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Dişləri ağartmağın 5 yolu

Ağappaq dişlərə sahib olmaq hər kəsin arzusudur. Bunu ev şəraitində də etmək mümkündür.

Banan qabığı
Banan qabığının iç hissəsində kalium, maqnezium və bir çox minerallar var. Dişlərinizi pasta ilə fırçalayın. Daha sonra qabığın iç hissəsini dişlərinizə sürtün. İki dəqiqə saxladıqdan sonra təmiz suyla yuyun. Onun tərkibindəki maddələr diş minasını möhkəmləndirəcək.

Çiyələk, soda
İki çiyələyi əzib, üzərinə soda töküb, dişlərinizi onunla 5-7 dəqiqə fırçalayın. Tərkibindəki asit maddəsi dişləri ağardır.

Alma sirkəsi
Tərkibindəki maddələr diş minasını möhkəmləndirir. 3 xörək qaşığı suya 1 xörək qaşığı alma sirkəsi töküb qarışdırıb, qarqara edin.

Oksigenli su və soda
Hər ikisini qarışdırıb, qatı məhlul əldə edin. Fırça ilə dişlərinizi sürtün. 5 gün istifadə edin. 6 ay fasilədən sonra yenidən təkrarlaya bilərsiniz.

Soda
Pambığı sodaya batırıb, dişlərə sürtün. Daha sonra ilıq su ilə qarqara edin. Bu da sarı dişin ağarmasına kömək olacaq.
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı