Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Əgər namaz qildiqi müddətdə burnundan qan açılsa vəzifəsi nədir? Əgər fərz etsək namaz bstil olub bu halda vəzifə nədir?
Ad: Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Qanın çıxması namazın və dəstəmazın batil olmasına səbəb olmur. Bəli, əgər namaz əsnasında çıxan qan paltara və bədənə keçsə və ümumilikdə miqdarı bir dirhəmdən artıq olsa, əgər onu yumaqla, dəyişməklə və dəf etməklə namazı pozmayacaq bir şəkildə murdardan qaçmaq olarsa, bu işi görməli və namazını bitirməlidir. Bu halda namazı təzədən qılmaq lazım deyil. Bu iş mümkün olmadıqda, əgər namaz vaxtı geniş olsa, vacib ehtiyat budur ki, namazı yenidən təharətlə qılsın. Namaz vaxtı dar olsa, namazı həmin vəziyyətlə bitirsin və artıq boynunda vəzifəsi yoxdur. Əgər qan çibandan və yaradan çıxsa, belə qanlar namazda bağışlanır.
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
<