Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Tikrit əməliyyatında Amerikanın heç bir rolu yoxdur!

Nur-az.com-un farsnews.com-a istinadən:
İraqın “Bədr Cəmiyyəti”nin baş katibi və könüllü qüvvələrin komandiri Hadi əl-Amiri Tikrinin azadlığı ilə əlaqədar informasiyalarda səslənən Amerikanın rolu barədə bildirib ki, Musilin geri qaytarılması ilə bağlı hər hansı əməliyyat əmri və miqyası yalnız Bağdadın ixtiyarındadır. Səlahəddin vilayətinin azadlığı əməliyyatları da, İraq ordusu və könüllülərdən ibarət qüvvələrin iştirakı ilə davam edir və hələ ki, bunlarda beynəlxalq koalisiyanın heç bir rolu yoxdur.

Cənab əl-Amiri bunu da deyib ki, İraqın hərbi qüvvələri İŞİD-i hətta ölkənin xaricində belə yaxalayana qədər təqib edəcəklər. Ötən bazar günündən başlanan Tikrit əməliyyatı Diali və Əbu Təlhə məntəqələrindən istiqamət alaraq ardıcıl irəliyə doğru hərəkətdədir. Artıq İŞİD-in o müqaviməti sınıb və bir sıra məntəqələrdə cüzi qarşıdurmadan başqa ciddi bir hadisə ilə üzləşmirik. Hal-hazırda qoşunlarımıza azad olunmuş ərazilərin əhalisi və köçəriləri də, böyük qeyrət hissi ilə qoşulmaqdadır.

Bir həftə öncə başlanan Tikrit əməliyyatında artıq İraqın hərbi qoşunları və xalq kütlələrindən ibarət könüllü qüvvələri özündə əhatə edən otuz min əsgər iştirak edir. Onu da qeyd edək ki, İŞİD-in təcavüzündən qabaq 260 minə yaxın cəmiyyəti olan Tikritin əhalisinin əksəriyyəti hal-hazırda qaçqın düşüb.
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı