Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

İranlı deputat Qüdrət Həsənquliyevə “ədəbli ol!” dedi

İran parlamentinin Ərdəbildən olan deputatı Kəmaləddin Pirmüəzzin Azərbaycan əleyhinə qərəzli ifadələr işlədib.

K.Pirmüəzin Milli Məclisin deputatı Qüdrət Həsənquluyevin timsalında Azərbaycanı hədəfə alaraq sərt mövqe sərgiləyib. O, Qüdrət Həsənquluyevin Milli Məclisdə sərhəd problemlərindən danışarkən İranı “yezid” adlandırmasını belə şərh edib: “Son vaxtlar Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından olan Qüdrət Həsənquluyev sərhəd problemləri bəhanəsi ilə utanmadan və üzlülüklə iranlıları yezidi adlandırıb. Halbuki zəmanənin yezidiləri onlardırlar ki, məhərrəm ayında şərabxor Yezidin üsulunu öz əməllərinə meyar götürür və utanmadan və ədəbsizliklə Gəncədə şərab festivalı keçirir və o diyarın şiələrinin inciməsinə səbəb olurlar”.

K. Pirmüəzzin daha sonra əlavə edib: “Biz ümumilikdə iranlılar və xüsusilə azəridilli iranlılar məsuliyyətli şəkildə və həmişə Azərbaycan Respublikasının əhalisinin xidmətində olub, hazırda da hər gün bizim peşəkar həkimlərimiz çox aşağı qiymətlə Ərdəbil və Təbrizdə o diyarın xəstələrini müalicə etməklə məşğuldur və dərhal ucuz qiymətə dərmanlar onların ixtiyarına verilir”.

İranlı deputat Azərbaycan rəsmilərinə xitabən bildirib ki, dərd və dərman rəsmi Bakının öz əlindədir: “Ədəbli olun, problem yaratmayın və İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İran hökumətinin qəhrəmancasına yumşaqlıq siyasətindən qaynaqlanan bu dəyərli fürsətdən və İranın ölkələrlə, xüsusilə də qonşu ölkələrlə səmimi əməkdaşlıq prinsipindən faydalanın”./modern/
1940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber