Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

Qəddafinin oğlunun məhkəməsi təxirə salındı

Liviyanın hakimiyyətdən devrilərək qətlə yetirilən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin də aralarında olduğu 37 şübhəlinin məhkəmə işi davam edir.

Paytaxt Tripolidə keçirilən məhkəmə prosesinə Seyfülislam Qəddafi qatılmayıb. Məhkəmə 2011-ci il inqilabı zamanı "etirazçıları öldürməyi təşviq etdikləri və insanlığa qarşı cinayət işlətdikləri" iddiasıyla mühakimə olunan 37 şübhəlinin işinə baxılmasını martın 22-nə kimi təxirə salıb.

Seyfülislam Qəddafi ilə yanaşı bu cinayət işi üzrə keçmiş baş nazir Əl-Bağdadi əl-Mahmudi, Liviya kəşfiyyatının sabiq rəhbəri Abdullah əs-Sənusi və digər vəzifəli şəxslər dədaxilolmaqla 37 nəfər dinc aksiyaçıları qətlə yetirməkdə suçlanırlar.
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber