Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

"Rusiya Avropaya Krımdan hücum edəcək"

Krım yarımadası Rusiyanın növbəti hücumları üçün mərkəz seçilib.

Bu iddianı NATO-nun Avropada birləşmiş silahlı qüvvələr baş komandanı, amerikalı general Filip Bridlav Ukraynanın “TSN. Nedelya” verilişinə müsahibəsi zamanı irəli sürüb.

Onun sözlərinə görə Rusiya Federasiyası işğal olunmuş Krımı ən müasir silahlarla təchiz edir.

“Bizim gördüyümüzü Krımın hərbiləşdirilməsi kimi xarakterizə etmək olar. Rusiya orada müasir güclərini, aviasiyasını, hərbi-dəniz qüvvələrini yerləşdirir. Biz Qara dəniz hövzəsinin 40 faiz radiusunu götürən çox keyfiyyətli yer-hava” raket sistemlərini, ümumiyyətlə Qara dəniz hövzəsinin hamısını radiusu ilə əhatə edən qanadlı raketlər görürük. Daha doğrusu biz Krımın növbəti güc nümayişi üçün mərkəzləşməsini müşahidə edirik”- deyə General "1+1" kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Ukraynanın şərqində baş verən hadisələr və Krımın ilhaqı Qərblə Rusiyanın münasibətlərini gərginləşdirib. Rusiya sərhədlərinin qərbə doğru genişlənməsi Avropa üçün yolverilməzdir və narahatlığa səbəb olur.

Bu arada dünən Avropa Komissiyasının sədri Jan Klod Yunker vahid Avropa odrusunun yaradılması təklifini irəli sürüb./ans/
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber